Lukaşenko Belarus hökumətini istefaya göndərdi

DÜNYA
22:06
3 İyun 2020
104

Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko ölkə hökumətini istefaya göndərib.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Belarus 1” kanalı məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı müvafiq sərəncamı iyunun 3-də imzalayıb.

Bundan əvvəl, Lukaşenko avqustun 9-a təyin olunan prezident seçkisindən əvvəl yeni hökumət hazırlamaq barədə planlarını açıqlamışdı.

Qeyd edək ki, Belarus Nazirlər Şurasına 2018-ci ildən etibarən Sergey Rumas rəhbərlik edir.

Xəbər lenti