“Taliban” lideri koronavirusdan öldü

DÜNYA
00:45
3 İyun 2020
128

“Taliban” radikal hərəkatının yeni lideri Molla Heybətullah Axundzadə koronavirusdan ölüb.

Sabah.az “Haber Global”a istinadən xəbər verir ki, bir müddət əvvəl infeksiyaya yoluxan Axundzadə iclaslara da qatılmırmış. Lakin həkimlər onun həyatını xilas edə bilməyib.

Molla Heybətullah Axundzadə “Taliban”ı ABŞ nümayəndə heyəti ilə sülh masasına əyləşdirən lider kimi tanınır.

Eyni zamanda bildirilib ki, “Taliban”ın rəhbərliyində təmsil olunan 4 nəfər də koronavirusa yoluxub. Bu səbəbdən də hazırda qruplaşmanı kimin idarə edəcəyi ilə bağlı anlaşmazlıq yaranıb.

Xəbər lenti