Nyu-Yorkda komendant saatı elan edildi

DÜNYA
01:20
2 İyun 2020
96

Nyu-Yorkda (ABŞ) kütləvi etiraz aksiyaları və iğtişaşlar səbəbindən bir gün komendant saatı tətbiq olunacaq.

Sabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər meri Bill de Blazio “Twitter” səhifəsindən məlumat yayıb.

Bildirilib ki, 1 iyun saat 23:00-dan 2 iyun saat 05:00-a qədər şəhərdə komendant saatı elan olunur. Saat 23:00-dan sonra sakinlərin evlərini tərk etməmələri istənilib.

“Nyu-yorklular, mən Nyu-York ştatının qubernatoru Endryu Kuomo ilə danışdım, təhlükəsizliyin təmin edilməsi məqsədilə bu gecədən Nyu-York şəhərində komendant saatının tətbiq edilməsinə qərar verdik. Komendant saatı 23:00-dan səhər saat 05:00-dək qüvvədə olacaq”, - deyə Bill de Blazio qeyd edib.

Xatırladaq ki, aksiyalara səbəb afroamerikalı Corc Floydun Minneapolis şəhərində polis tərəfindən saxlanılması zamanı boğularaq ölməsidir.

Xəbər lenti