Paşinyan və ailəsi koronavirusa yoluxdu

DÜNYA
10:09
1 İyun 2020
114

Ermənistanın Baş Naziri Nikol Paşinyan koronavirusa yoluxub.

Sabah.az xəbər verir ki, bu barədə hökumət rəhbərinin özü Feysbuk hesabında məlumat verib.

Paşinyan test nəticələrinin müsbət çıxdığını açıqlayıb.

“Dünən məlum oldu ki, verdiyim koronavirus testinin nəticəsi pozitiv çıxıb. Heç bir simptomum yox idi, amma səfərə getməli olduğum üçün testdən keçməyə qərar verdim. Bütün ailə üzvlərimin test nəticələri müsbət olub. Aydındır ki, onlar məndən yoluxublar”.

O, işinə iqamətgahında davam edəcəyini qeyd edib.

Xəbər lenti