Daha bir şahzadə koronavirusa yoluxdu, cəzalandırıldı

DÜNYA
00:42
31 May 2020
117

İspaniyada keçirilən bir partiyə qatılan Belçika şahzadəsi Yoahimin koronavirus testi pozitiv çıxıb.

Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya Səhiyyə Nazirliyi şahzadə ilə təmasda olan hər kəsin karantinə alınmasını tapşarıb.

Yoahim ispan iş adamının qızı olan sevgilisi Viktoria Ortizi ziyarət etmək üçün mayın 24-də Madridə, ordan da Kordovaya gedib. Partiyə şahzadə ilə yanaşı Ortizin ailəsi və dostları qatılıblar.

İspaniyanın cənubundakı Əndəlüs bölgəsində yerləşən Kordova və Sevilya şəhərində qanunlara görə 15 nəfərdən artıq insanın bir araya toplanmasına icazə verilmir. Partidə isə çox sayda adam olduğu üçün şahzadə də yaxınları ilə birlikdə cəzalandırılıb.

Səhiyyə Nazirliyi Covid 19-un ikinci dalğasının başlamasının qarşısını almaq üçün insanları qaydalara əməl etməyə çağırıb.

Xatırladaq ki, bundan əvvəl Uels şahzadəsi Çarlz və Monako Şahzadəsi II Albert də koronavirusa yoluxmuşdu.

Xəbər lenti