700-dən çox “Taliban” üzvü həbsdən azad edildi

DÜNYA
23:25
30 May 2020
111

Əfqanıstan hakimiyyəti iki gün ərzində "Taliban" radikal hərəkatının 700-dən çox üzvünü sərbəst buraxıb.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, təxminən 300 nəfər də azad ediləcək.

"Əfqanıstan Milli Təhlükəsizlik Şurasının sözçüsü Cavid Faysal, Əfqanıstan hökumətinin son iki gündə 710 taliban məhbusunu fərqli həbsxanalardan sərbəst buraxdığını, prezidentin əmr etdiyi kimi sayının 2 minə çatması üçün sabah başqa 290 nəfərin azad ediləcəyini söylədi", - deyə “Tolo News” telekanalında məlumat verilib.