Hindistanda koronavirusu dayandırmaq üçün insan qurban edildi

DÜNYA
01:44
30 May 2020
106

Hindistanda koronavirus pandemiyasının qarşısnı almaq üçün dəhşətli yola əl atılıb.

Sabah.az “Haber Global”a istinadən xəbər verir ki, ölkənin Brahmani Dei məbədinin keşişi Sansari Ojha infeksiyanı dayandırmaq üçün Saroj Kumar Pradhan adlı şəxsin başını kəsərək hindu tanrıçasına qurban etdiyini bildirib.

Polis təfəfindən saxlanılan 70 yaşlı dindar tanrıçanı yuxusunda gördüyünü və onun pandemiyanı dayandırmaq üçün bir qurban istədiyini deyib. Hadisə şahidləri isə gecə vaxtı keşişlə 52 yaşlı qurbanının məbəddə mübahisə etdiyini və onun başına balta ilə vurduğunu qeyd ediblər.

Polisdən mətbuata verilən açıqlamada S.Ojhanın saxlanılan vaxt sərxoş olduğu bildirilib.

Xəbər lenti