ABŞ ÜST-lə bütün əlaqələrini dayandırdı

DÜNYA
23:44
29 May 2020
65

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə münasibətlərini kəsdiyini elan edib.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, dövlət başçısı qərarını ÜST-ün Vaşinqtonun tələb etdiyi islahatları həyata keçirməkdən imtina etməsi ilə izah edib.

D.Tramp əlavə edib ki, indi Birləşmiş Ştatlar ÜST üçün nəzərdə tutulan vəsaitləri dünyanın təcili tibbi yardım ehtiyaclarına yönəldəcək.

Xəbər lenti