Qonşu ölkələrdə koronavirusla bağlı son statistika

DÜNYA
12:41
28 May 2020
103

Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı daha 8 min 371 nəfər artıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat verib.

Son 24 saatda pandemiyadan ölənlərin sayı daha 174 nəfər artıb.

Qeyd edək ki, Rusiyada pandemiyaya yoluxanların ümumi sayı 379 min 051 nəfər, virusdan sağalanların sayı 150 min 993 nəfər, ölənlərin sayı isə 4 142 nəfərdir.

Gürcüstanda koronavirusa yoluxanların sayı 738 nəfərə çatıb.

Bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla əlaqədar yaratdığı stopcov.ge saytında yer alıb.

Ümumilikdə ölkədə virusa yoluxan 573 nəfər sağalıb, ölənlərin sayı isə 12 nəfərdir.

Qeyd edək ki, hazırda karantində olanların sayı 3 076 nəfər, stasionar nəzarətdə olanların sayı 250 nəfərdir.

Ermənistanda koronavirusa yoluxanların sayı 8 216 nəfərə çatıb.

Bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.

Məlumata görə, ölkədə son sutka ərzində daha 442 nəfərdə pandemiyaya yoluxma faktı aşkarlanıb. Həmçinin 15 nəfərin ölümü qeydə alınıb.

Qeyd edək ki, indiyədək Ermənistanda koronovirusdan ölənlərin sayı 113 nəfərdir.

Xəbər lenti