Moskvada dindarları bıçaqlayan şəxs tutuldu - Foto

DÜNYA
13:20
16 Fevral 2020
71

Bu gün səhər saatlarında Rusiyanın Moskva şəhərində Müqəddəs Nikolay məbədinə basqın olunub.

Sabah.az rus mətbuatına istinadən xəbər verir ki, insident zamanı iki dindar bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Mənbədə bildirilir ki, bıçaqla hücum edən şəxs saxlanılıb. Onun Lipetsk vilayətinin 26 yaşlı sakini Efim Efimov olduğu qeyd edilir.