Gürcüstan əvvəlcə öz vətəndaşlarını qəbul edəcək, bu şəxslər ölkəyə buraxılmayacaq

DÜNYA
21:17
27 May 2020
178

“Gürcüstana yalnız koronavirus testinin neqativ olması barədə arayış təqdim edən turistlər buraxılacaq”.

Sabah.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria parlamentdə çıxışı zamanı bildirib. O deyib ki, həmin sənədi olmayan ziyarətçilərin ölkəyə girişinə icazə verilməyəcək:

“Biz arayışı olmayan tursitlər üçün, bunun kütləvi hal almayacağı təqdirdə, ölkə ərazisində koronavirusu sürətlə aşkarlayan testdən keçməyə şərait yaradacağıq. Gürcüstana səfər edən turist qrupları “yaşıl zonalar”da – Səhiyyə Nazirliyindən müvafiq icazə alan mehmanxanalarda yerləşdiriləcək. Əks halda, biz ölkəmizin turizm brendi reputasiyasını zərbə altına qoya bilərik”.

Hökumət başçısının sözlərinə görə, iyulun 1-dən Gürcüstanın beynəlxalq turizm üçün açılması ilə ölkəyə nəzarətsiz giriş deyil, “təhlükəsiz dəhliz” nəzərdə tutulur.

Giorgi Qaxaria bildirib ki, sərhədlər açılandan sonra ilk mərhələdə Gürcüstan vətəndaşları və ikili vətəndaşlığı olan şəxsləri qəbul edəcəklər. Onun sözlərinə görə, sərhədlərin açılması şəraitində əlavə risklər yaranacaq:

“Biz ölkəni həmişəlik bağlaya bilmərik. Yaxın günlərdə Tbilisi-Amsterdam və Tbilisi-Vyana istiqamətləri üzrə reyslər həyata keçiriləcək”.

Baş nazir qeyd edib ki, sərhədlər mərhələli şəkildə açılacaq: “Mərhələlər arasında müddət elə olacaq ki, inkubasiya dövrünə nəzarət mümkün olsun”.

Xəbər lenti