ABŞ-da polis tutmağa çalışdığı şübhəlini boğaraq öldürdü - Video

DÜNYA
23:57
26 May 2020
111

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Minneapolis əyalətində qalmaqallı hadisə baş verib.

Sabah.az “CNN Türk”ə istinadən xəbər verir ki, polis tutmağa çalışdığı şəxsi boğaraq öldürüb.

Bildirilib ki, polislər bir nəfəri dələduzluq şübhəsi ilə saxlayıb. Asayiş keşikçisi şübhəlini yerə uzadıb və dizini onun boğazına qoyub. Tutulan şəxs “nəfəs ala bilmirəm” deyə qışqırsa da, polis dizini qaldırmayıb. Nəticədə halı pisləşən şəxs xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Federal Təhqiqatlar Bürosundan (FBİ) yayılan açıqlamada hər iki polisin də vəzifədən azad edildiyi və hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.

Xəbər lenti