“Güldür Güldür”ün konserti qanlı bitdi - Atışma olub

DÜNYA
01:19
16 Fevral 2020
149

Almaniyanın paytaxtı Berlində silahlı atışma olub.

Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, insident Türkiyənin "Güldür Güldür Show" komediya şousunun keçirildiyi məkanın yaxınlığında baş verib.

Bildirilir ki, konsertdən çıxan şəxslərə 15 nəfərlik dəstə hücum çəkib. Tərəflər arasındakı atışma zamanı 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Hər iki dəstədə yer alanların türklər olduğu deyilir.

Xəbər lenti