Bu ölkədə koronavirusdan ilk ölüm halı qeydə alındı

DÜNYA
23:30
25 May 2020
144

Mozambikdə yeni növ koronavirusdan (COVİD-19) ilk ölüm hadisəsi qeydə alınıb.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, indiyə kimi sözügedən Afrika ölkəsində 209 nəfərdə COVİD-19 aşkarlanıb və onlardan 71-i sağalıb. Amma bu vaxta kimi Movambikdə koronavirusdan ölən olmamışdı.