Daha bir ölkə koronavirusa qalib gəldiyini elan etdi

DÜNYA
20:55
25 May 2020
176

Monteneqroda yeni növ koronavirusa (COVİD-19) qalib gəldiyi elan edilib.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Milo Cukanoviç rəsmi "Twitter" səhifəsindən məlumat verib.

Dövlət başçısı Monteneqroda yeni yoluxma halının aşkarlanmadığını açıqlayıb.

Qeyd olunub ki, Monteneqroda indiyə ümumilikdə 324 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 9 nəfəri vəfat edib, digərləri sağalıb.

Xatırladaq ki, bundan əvvəl İslandiya hökuməti də ölkədə koronavirusun yayılmasını aradan qaldırdığını elan edib.

Xəbər lenti