Bolqarıstan Baş Nazirinin olduğu təyyarədə təhlükəli anlar

DÜNYA
17:16
15 Noyabr 2019
61

Bolqarıstanın baş naziri Boyko Borisovun olduğu təyyarə Sofiya hava limanında qəza enişi edib.

Sabah.az xəbər verir ki, insident naviqasiya sistemindəki qüsurdan qaynaqlanıb.

Təyyarə hava limanına yaxınlaşarkən naviqasiya sistemi tamamilə sıradan çıxıb. Pilotlar sistemi təkrar işə sala bilmədikləri üçün idarəetməni adi rejimə keçirib.

Eniş uğurla başa çatıb, xəsarət alan olmayıb.

Xəbər lenti