Koronavirusdan sağalan Dmitri Peskov evə buraxıldı

DÜNYA
19:53
25 May 2020
86

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün xəstəxanadan buraxılıb.

Sabah.az xəbər verir ki, o, “RİA Novosti”yə açıqlamasında məlumatı təsdiqləyib.

D.Peskovun evdə karantində olacağı və fəaliyyətini də oradan davam etdirəcəyi deyilir.

Qeyd edək ki, D.Peskov mayın 12-də yeni növ koronavirusa yoluxduğunu açıqlamışdı.

Xəbər lenti