Çində ilk dəfə koronavirusa yoluxan və bu səbəbdən ölən olmayıb

DÜNYA
01:24
24 May 2020
122

Yeni növ koronavirusun (COVİD-19) ortaya çıxdığı Çində aylar sonra bir ilk yaşanıb.

Sabah.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, sözügedən ölkədə son 24 saatda COVİD-19-a yoluxan və pandemiya səbəbindən ölən olmayıb.

Bu barədə Çinin Milli Səhiyyə Komissiyası məlumat yayıb. Bildirilib ki, 376 şəxs koronavirus şübhəsi ilə karantində saxlanılır, 3 nəfər sağalaraq evə buraxılıb, 79 xəstənin də müalicəsi davam edir.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Çində indiyə kimi 82 971 nəfərdə koronavirus aşkarlanıb, onlardan 4 634-ü ölüb, 78 258-i sağalıb.

Xəbər lenti