Ukraynalı deputat ofisində ölü tapıldı - Başından güllələnib

DÜNYA
22:14
23 May 2020
97

Ukraynanın paytaxtı Kiyevdə Ali Radanın deputatı Valeri Davidenkonun meyiti aşkarlanıb.

Sabah.az xəbər verir ki, Daxili işlər nazirinin müavini Anton Qeraşenko  məlumatı “RBC Ukraine” agentliyinə təsdiqləyib. Onun sözlərinə görə, hüquq mühafizə orqanları hadisənin bütün mümkün versiyalarını araşdıracaq.

Ölkənin digər mətbu orqanlarında bildirilib ki, deputat başından aldığı güllə yarasından ölüb. V.Davidenkonun meyitini onun ofisində süpürgəçi aşkar edib.

Xəbər lenti