Ukraynada rüşvət alan gömrükçülərə qarşı əməliyyat

DÜNYA
20:08
15 Fevral 2020
76

Ukrayna Təhlükəsizlik Xidməti ölkədə gömrükçülərə qarşı əməliyyat həyata keçirib.

Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, onlara Herson vilayətində yerləşən hava limanında rüşvət alınması ilə bağlı məlumat daxil olduqdan sonra hərəkətə keçiblər.

Əməliyyat nəticəsində rüşvət alarkən cinayət başında tutulan gömrükçü saxlanılıb. Digər əməkdaşlarla bağlı isə araşdırmalar başlanılıb. Gömrük əməkdaşlarının Yaxın Şərq ölkələrinin birindən Ukraynaya gətirilən hər yük üçün 300-500 dollar rüşvət alaraq büdcəyə 4 min dollar ziyan vurduğu bildirilib.

Xəbər lenti