Pakistanda təyyarə qəzasında 2 nəfər sağ qalıb

DÜNYA
11:40
23 May 2020
77

Pakistanda baş verən təyyarə qəzasında həlak olanların sayı 97 nəfərə çatıb.

Sabah.az “TASS”a istinadən xəbər verir ki, bu barədə "Doon" qəzetinə Sind əyalətinin səhiyyə sahəsindən bildirilib.

Məlumata əsasən, qəza nəticəsində azı 2 nəfər sağ qalıb. Təyyarənin düşdüyü ərazidə 11 nəfər xəsarət alıb.

Xatırladaq ki, mayın 22-də Pakistan Beynəlxalq Hava Yollarına məxsus “Airbus 320” tipli təyyarə Kəraçi aeroportuna eniş zamanı qəzaya uğrayaraq yaşayış binalarının üzərinə düşüb. Təyyarənin göyərtəsində 91 sərnişin və 8 ekipaj üzvü olub.

Xəbər lenti