Pakistanda təyyarə qəzasında 90-a yaxın insan öldü - Fotolar

DÜNYA
20:21
22 May 2020
101

“Pakistan Beynəlxalq Hava Yolları”na məxsus təyyarənin Kəraçi şəhər aeroportu yaxınlığında qəzaya uğraması nəticəsində azı 90 nəfər ölüb.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Bol news” telekanalı məlumat yayıb.

Televiziyanın xəbərinə görə, Federal Aviasiya naziri Qulam Sərvər Xan qəza nəticəsində azı 90 nəfərin öldüyünü təsdiqləyib.

Aviaqəza nəticəsində beş ev və bir neçə avtomobilin də məhv olduğu bildirilib.

Qeyd olunub ki, qəzaya uğrayan təyyarənin göyərtəsində 91 sərnişin və 7 ekipaj üzvü olub. İnsidentdən sonra azı iki nəfərin sağ qaldığı, təyyarənin düşdüyü evlərdə bir neçə nəfərin də xəsarət aldığı deyilir.

Xəbər lenti