Çində koronavirusla bağlı son vəziyyət necədir?

DÜNYA
09:24
22 May 2020
113

Çində son sutka ərzində 4 koronavirusa yoluxma faktı aşkarlanıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Məlumata əsasən, ölüm halı qeydə alınmayıb.

Hər 4 yeni yoluxma faktı ölkə daxilində (Tsilin əyalətində) aşkarlanıb.

Çində pandemiyaya yoluxanların ümumi sayı 82 min 971 nəfər, virusdan ölənlərin sayı 4 634 nəfər, sağalanların sayı isə 78 min 255 nəfərdir.

Xəbər lenti