Peruda karantini pozan mer tutulmamaq üçün özünü ölülüyə vurdu

DÜNYA
23:23
21 May 2020
90

Perunun Kastrovirreyna əyalətində maraqlı hadisə yaşanıb.

Sabah.az İHA-ya istinadən xəbər verir ki, Tantara rayonunun meri Ceymi Rolando Urbina Torres polisdən qaçmaq üçün özünü ölü kimi göstərib.

Bildirilib ki, o, karantin qaydasını pozaraq dostları ilə içki məclisi təşkil edib. Polislər həmin əraziyə gəlincə mer ələ keçməmək üçün maska taxaraq orada olan boş tabuta girib və ölünü ölmüş kimi göstərməyə çalışıb. Lakin asayiş keşikçiləri merin bu hiyləsinə aldanmayıb və onun şəklini çəkərək tutub.

Ceymi Rolando Urbina Torres bundan əvvəl də sakinlər tərəfindən koronavirusu ciddiyə almamaqda və yetərincə tədbir görməməkdə ittiham olunub.

Qeyd edək ki, Peruda indiyə kimi 104 020 nəfər koronavirusa yoluxub, onlardan 3 024-ü ölüb. Ölkədə 66 gün əvvəl karantin tətbiq olunmağa başlanıb.

Xəbər lenti