İŞİD-in yeni lideri də tutuldu

DÜNYA
01:57
21 May 2020
119

İŞİD terror təşkilatının öldürülən rəhbəri Əbubəkr əl-Bağdadinin xələfi Abdülnasir Kardaş saxlanılıb.

Sabah.az xəbər verir ki, bu barədə İraqın rəsmi INA agentliyi məlumat yayıb.

Bildirilib ki, o, İraq Milli Təhlükəsizlik Təşkilatı tərəfindən ələ keçirilib. Onun harada və necə tutulmasıbarədə məlumat verilməyib.

Xatırladaq ki, İŞİD-in qurucusu sayılan Əbubəkir əl-Bağdadi oktyabrın 27-də Suriyanın İdlib əyalətinin Barişa kəndində ABŞ hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində öldürülüb.

Xəbər lenti