"Magistr dissertasiyasının müdafiəsi qüvvədə qalır"
"Magistrlər üçün magistratura dissertasiyasının müdafiəsi qüvvədə qalır".
Sabah.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov deyib.
Onun sözlərinə görə, magistrlərin təhsillərini doktorantura üzrə davam etdirə bilməsi üçün dissertasiyanı müdafiə etmələri lazımdır:
“Magistratura səviyyəsində təhsil proqramı magistr disertasiyasının müdafiəsi ilə yekunlaşır. Dəyişikliyə əsasən disertasiyanın yazılmasına, təqdim olunmasına və müdafiəsinə qoyulmuş tələblər ali məktəblər tərəfindən müəyyən ediləcək. Buraxılış işindən fərqli olaraq, magistratura dissertasiyalarının yazılması üçün müəyyən edilən vaxt daha uzunmüddətlidir. Tələbə iki il müddətində müəyyən tədqiqatlar aparır.
Qanunvericilikdə də müəyyən qeydlər var ki, magistr dissertasiyasını müdafiə edənlər növbəti pillədə təhsillərini davam etdirə bilərlər. Təhsil Nazirliyi tərəfindən müdafiə üzrə ixtisaslaşmış şuralar təqvim ilinin sonuna qədər fəaliyyət göstərirlər. Hər hansı səbəbdən iyun, iyulda dissertasiya müdafiəsində iştirak edə bilməyənlər müdafiə prosesini təqvim ilinin sonuna qədər yekunlaşdıra bilərlər”.
Daha çox