Turizm sahəsinə dair yeni tələblər - Video
Turistə xidmət göstərən sahələr - hotel, restoran, kafe və nəqliyyat vasitələri üçün metodiki göstərişlər hazırlanıb.
Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, hotellərin daxilində müştəri otağı tərk etdikdən sonra otaqların hər biri xüsusi qaydada dezinfeksiya edilməlidir. Hətta otaqların dezinfeksiya edilməsi üçün məhlulların növü də müəyyənləşdirilib.
Yüksək dozalı ağardıcı məhlullarla bərabər 70 faizli spirtlə də bütün səthlər dezinfeksya edilir və daha sonra başqa müştərilərin ora daxil olmasına icazə verilir.
Dövlət Turizm Agentliyinin xidmət rəhbəri Kənan Quluzadənin sözlərinə görə, təlimatların icrasına nəzarət üçün monitorinqlərə başlanacaq.
Göstərişlərdə qeyd olunan əsas müddəalardan biri də hotel daxilindəki yemək zalları ilə bağlıdır. Hoteldəki yemək masaları 2 metrdən bir, stullar isə 1 metrlik məsafədən qoyulacaq. Həmçinin açıq bufetlər ləğv olunacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Daha çox