Alimlər 1500 koronavirus növü aşkarladı - Yeni pandemiya ola bilər

DÜNYA
00:37
20 May 2020
206

Çinli alimlər 1500 koronavirus növü aşkarlayıb.

Sabah.az “Haber Global”a istinadən xəbər verir ki, buna Uhan Virusologiya İnstitutunun mütəxəssisləri nail olublar.

Bildirilib ki, sözügedən institutun mütəxəssislərindən olan Şi Çjenli komandası ilə birlikdə nəmli, qaranlıq, gün üzü görməyən mağaralarda çətin araşdırmalar apararaq yarasaların orqanizimdə təxminən 1500 koronavirus növü tapdığını bildirib. Onlar yarasaların tüpürcək, qan və nəcislərindən götürülən təxminən 15 min nümunəni analiz ediblər. Araşdırma zamanı nümunələrin 10 faizində çox sayda koronavirus tapılıb. Həmin viruslar institutda saxlamaq üçün dondurulub.

Vurğulanıb ki, bu virusların bəziləri təhlükəlidir və yeni pandemiya yarada biləcək potensialdadır. Eyni zamanda həmin virusların bəziləri əsla insanlara yoluxmayacaq.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti