Moskvada marketdə öskürən şəxs döyüldü
20:44
19 May 2020
64Rusiyanın paytaxtı Moskvada market satıcısı öskürən müştərini döyüb.
Sabah.az “Gazeta”ya istinadən xəbər verir ki, hadisəyə səbəb onun ardıcıl olaraq bir neçə dəfə öskürməsi olub. Onu virusa yoluxdurmaq üçün üzünə öskürdüyünü iddia edən satıcı isə həmin şəxsin başına şüşə ilə vurub.
Nəticədə xəsarət alan kişi xəstəxanaya yerləşdirilib. Satıcı isə saxlanılıb.
Daha çox