Bakıdan Yunanıstanın bu şəhərinə təyyarə reysi açılır

TURİZM
17:54
14 Fevral 2020
79

Yunanıstanın "Ellinair" aviaşirkəti bu ilin iyun ayının 15-dən etibarən Saloniki-Bakı-Saloniki marşrutu üzrə çarter aviareysləri yerinə yetirəcək.

Sabah.az "APA-Economics"ə istinadən xəbər verir ki, Bakıdan Salonikiyə ilk uçuş iyunun 16-da həyata keçiriləcək. Uçuşlar hər həftənin çərşənbə axşamı "Airbus A319" təyyarəsi ilə yerinə yetiriləcək.

Ümumiyyətlə, sözügedən çarter aviareysi üzrə 12 uçuş realizə olunacaq.