Bu halda uşağın məktəbə qəbuluna imtina verilə bilər
Təhsil Nazirliyi uşağın məktəbə qəbuluna imtinanın hansı halda verilməsini açıqlayıb.
Sabah.az nazirliyin saytına istinadən xəbər verir ki, ilk növbədə, məsul şəxs https://mektebeqebul.edu.az/az/ saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirir və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır.
Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşağın məktəbə qəbuluna imtina verilə bilər.
Daha çox