Dünyada koronavirusa yoluxanların sayı 4,8 milyonu ötdü
Dünyada yeni növ koronavirus (COVİD-19) aşkarlanan insanların sayı 4 milyon 800 mini keçib.
Sabah.az xəbər verir ki, bu barədə COVİD-19 aşkarlanan ölkələrdəki yoluxma faktları ilə bağlı araşdırma aparan "Worldometer" saytında qeyd olunub.
Belə ki, dünya üzrə COVİD-19-a yoluxanların sayı 4 705 714-ə çatıb. 311 878 insan pandemiyanın qurbanı olub, 1 802 542 xəstə sağalıb.
İndiyə kimi koronavirus ən çox yoluxma faktı isə 1 502 476 nəfərlə ABŞ-da qeydə alınıb. Bu ölkədən sonra isə infeksiyaya yoluxanların sayına görə İspanya (276 505), Rusiya (272 043), Britaniya (240 161), Brazilya (229 204), İtaliya (224 760), Fransa (179 506), Almaniya (175,962) və 148 067 nəfərlə Türkiyə gəlir.
Daha çox