Bu ölkədə koronavirusdan ilk ölüm halı qeydə alındı

DÜNYA
00:31
17 May 2020
143

Nepalda yeni növ koronavirusdan (COVİD-19) ilk ölüm hadisəsi qeydə alınıb.

Sabah.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə sözügedən ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxt Katmanduda xəstəxanada müalicə alan 29 yaşlı bir qadın pandemiya səbəbindən vəfat edib.

Qeyd olunub ki, 29 milyon əhalisi olan Nepalda indiyə kimi 281 nəfərdə koronavirus aşkarlanıb. Asiya ölkəsində 24 martdan bu yana küçəyə çıxma qadağası tətbiq olunur.

Xəbər lenti