Azərbaycan vətəndaşları müalicə üçün Türkiyəyə gedə biləcəklər
Səhiyyə turizmi çərçivəsində Azərbaycan da daxil olmaqla 31 ölkədən olan xəstələr Türkiyəyə müalicəyə gedə biləcək.
Sabah.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, xəstələrin qəbulu xüsusi qaydalar əsasında aparılacaq. Belə ki, Türkiyəyə müalicə üçün gələn pasiyentlər ilk növbədə koronavirus testindən keçəcəklər. Həmin şəxslər özləri ilə birlikdə ən çox iki nəfər gətirə bilərlər. Həmçinin səyahət zamanı pandemiyanın yayılmasının qarşısını almaq üçün sosial məsafə və digər sanitar qaydalar da tətbiq ediləcək.
Məlumata əsasən, mayın 20-dən etibarən Azərbaycanda daxil olmaqla, İraq, Liviya, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Yunanıstan, Ukrayna, Rusiya, Cibuti, Əlcəzair, Kosova, Şimali Makedoniya, Albaniya, Bosniya və Herseqovina, Rumıniya, Serbiya, Bolqarıstan, Moldova, Somali, Küveyt, Qətər, Bəhreyn, Oman, Almaniya, İngiltərə, Hollandiya, Pakistan, Qırğızıstan, Şimali Kipr vətəndaşları da müalicə üçün Türkiyəyə səfər edə biləcəklər.
Daha çox