Dünyada koronavirusa yoluxanların sayı 4,6 milyonu keçdi

DÜNYA
01:20
16 May 2020
48

Dünyada yeni növ koronavirus (COVİD-19) aşkarlanan insanların sayı 4 milyon 600 mini keçib.

Sabah.az xəbər verir ki, bu barədə COVİD-19 aşkarlanan ölkələrdəki yoluxma faktları ilə bağlı araşdırma aparan "Worldometer" saytı məlumat yayıb.

Bildirilib ki, dünya üzrə COVİD-19-a yoluxanların sayı 4 609 114-ə çatıb. 307 473 insan pandemiyanın qurbanı olub, 1 741 706 xəstə sağalıb.

Koronavirus ən çox yoluxma faktı 1 480 318 nəfərlə ABŞ-dadır. Bu ölkədən sonra isə infeksiyaya yoluxanların sayına görə İspanya (274 367), Rusiya (262 843), Britaniya (236 711), İtaliya (223 885), Brazilya (212 198), Fransa (178 870), Almaniya (175 223) və 146 457 nəfərlə Türkiyə gəlir.

Xəbər lenti