Çində qaçarkən maska taxan gəncin ağciyəri partladı
Yeni növ koronavirusun ortaya çıxdığı Çinin Uhan şəhərində tibbi maska ilə bağlı bədbəxt hadisə baş verib.
Sabah.az “CNN Türk”ə istinadən xəbər verir ki, maska taxaraq idman edən 26 yaşlı oğlanın ağciyəri partlayıb. O, üzündə tibbi maska olarkən 3 km. məsafə qət edib.
Bildirilib ki, Uhan Mərkəzi Xəstəxanasına yerləşdirilən gənc əməliyyat olunub. Həkimlərin sözlərinə görə, onun sol ağciyəri 90 faiz daralıb və ürək bədənin sağ tərəfinə doğru hərəkət edib. Onun bu hadisəni yaşamasına səbəb qaçarkən maska taxması olub.
Qeyd olunub ki, Çində bədən tərbiyəsi dərsində idman edərkən maska taxan daha 2 gənc ölmüşdü.
Daha çox