Yay səyahəti üçün tur paket alanların nəzərinə - Video

TURİZM
22:36
15 May 2020
183

Yay mövsümünə xarici ölkələrə tur paket alanlar bu rezervləri ləğv etdirib ödənişlərinə geri ala, səyahətin vaxtını isə əlavə ödəniş etmədən dəyişdirə bilərlər.

Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, ödənişi geri alan müştərilər 25-30 faiz itki ilə qarşılaşa bilər. Bunun müəyyən səbəbləri var.

Hər il olduğu kimi, bu il də xarici ölkələrə səyahət üçün erkən rezervasiya etdirən müştərilər bu il koronavirus səbəbi ilə bu üstünlükdən yararlana bilməyiblər. Amma demək olar ki, bütün xarici ölkələrdə turistlərin yerləşdirilməsi ilə məşğul olan kampaniyalar erken rezervasiya elətdirən müştərilərə bir neçə seçim imkanı təqdim ediblər.

Üstəlik məsələn, iyul üçün alınan tur paketlər əlavə ödənişsiz avqust və ya sentyabr aylarına da keçirilə bilər. Əgər müştəri bütün bu şərtləri qəbul etməzsə, o ödənişini geri də ala bilər. Amma bu zaman da müştəri həm itgi ilə qarşılaşır, həm də ödənişini geri almasının dəqiq tarixi bilinmir.

Bu itki də bank və xidmət xərcələri ilə əsaslandırılır. Eyni qaydalar əvvəlcədən alınan təyyarə biletləri üçün də keçərlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xəbər lenti