Koronavirus insanda gələcəkdə hansı fəsadlar törədə bilər? - Açıqlama

SƏHİYYƏ
22:14
15 May 2020
71

“Koronavirus xəstələrinin sağaldıqdan sonra hansı fəsadlarla üzələşəcəkləri ilə bağlı hələ ki, təfsilatlı məlumat yoxdur”.

Sabah.az “Trend”ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.

R.Bayramlı bildirib ki, bu gün əldə olan məlumat onu deməyə əsas verir ki, koronavirus ağ ciyərlərə ciddi xəsarət yetirir.

Onun sözlərinə görə, xroniki xəstəliyi olan, ağ ciyərində əvvəllər xəstəliyi olan şəxslər bundan daha çox əziyyət çəkə və gələcəkdə tənəffüs problemi ilə qarşılaşa bilərlər:

“Ancaq immuniteti güclü olan və xəstəliyi yüngül keçirən şəxslər virusun fəsadlarını daha tez bərpa etmək qabiliyyətinə malikdirlər. Ümumilikdə isə bu virusun hansı fəsadlar törətməsi gələcəkdə aparılan araşdırmalardan sonra məlum olacaq”.

Xəbər lenti