Dünyada koronavirusdan ölənlərin sayı 300 mini keçdi
Dünyada yeni növ koronavirusdan (COVİD-19) ölənləri sayı 300 mini keçib.
Sabah.az xəbər verir ki, bu barədə COVİD-19 aşkarlanan ölkələrdəki yoluxma faktları ilə bağlı araşdırma aparan "Worldometer" saytı məlumat yayıb.
Bildirilib ki, dünya üzrə COVİD-19-a yoluxanların sayı 4 479 325-ə çatıb, 300 254 xəstə isə ölüb.
Koronavirus görə ən çox dünyasını dəyişənlər (85 488 nəfər) ABŞ-dadır. Pandemiya qurbanlarının sayına görə bu ölkəni İngiltərə (33 614), İtaliya (31 368), İspaniya (27 321), Fransa (27 074), Braziliya (13 551), Belçika (8 903), Almaniya (7 868), İran (6 854), Niderland (5 590), Kanada (5 302) və 4 633 nəfərlə Çin izləyir.
Daha çox