Çində koronavirusla bağlı son vəziyyət necədir?

DÜNYA
09:47
14 May 2020
132

Çində son sutka ərzində 3 koronavirusa yoluxma faktı aşkarlanıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Məlumata əsasən, ölüm halı qeydə alınmayıb, 6 nəfər isə sağalaraq evə buraxılıb.

Hər 3 yeni yoluxma faktı ölkə daxilində (ikisi Lyaonin, biri isə Tsilin) aşkarlanıb.

Çində pandemiyaya yoluxanların ümumi sayı 82 min 929 nəfər, virusdan ölənlərin sayı 4 333 nəfər, sağalanların sayı isə 78 min 195 nəfərdir.

Xəbər lenti