Dünyanın ən bahalı 10 küçəsi - Siyahı
Honq Konqun Kozuey Bey küçəsi 2019-cu ildə dünyanın ən bahalı küçəsi hesab olunub.
Sabah.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə “Cushman & Wakefield” konsaltinq şirkətinin reytinqində deyilir.
Bu küçədə ticarət obyektinin icarəsi bir kvadrat metr üçün illik 25,96 min avro təşkil edib.
Reytinqdə ikinci yerdə Nyu Yorkun Beşinci prospekti (21,3 min avro), üçüncü yerdə Londonun Nyu Bond küçəsi (16,2 min avro) qərarlaşıb.
Bundan başqa, ilk onluqda Yelisey çölləri (Paris), Montenapoleone (Milan), Gindza (Yaponiya), Pitt Strit Moll (Sidney), Banhofştrasse (Sürix), Mendon (Seul) və Kolmarkt (Vyana) küçələri yer alıb.
Daha çox