Amerika koronavirusa yoluxanların sayına görə Avropanı ötdü
23:57
13 May 2020
103Amerika qitəsi koronavirusa yoluxma hallarının sayı Avropanı keçib.
Sabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) məlumat verilib.
Bildirilib ki, son sutka ərzində dünyada COVID-19-a yoluxma hallarının sayı 81,577 olub, 4 245 nəfər ölüb. Beləliklə, dünyada koronavirus aşkar edilmiş insanların ümumi sayı 4 170 424, ölənlərin sayı isə 287 399 təşkil edir.
ÜST-dən verilən məhulata görə, Amerika qitəsində koronavirusa yoluxanların sayı 1 781 564, Avropa qitəsində isə 1 780 316 nəfərdir.
Daha çox