Türkiyədə koronavirusdan sağalanların sayı 100 mini keçdi
Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 3 952 nəfərə çatıb.
Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca şəxsi “Twitter” hesabından bildirib.
Qeyd olunub ki, son sutka ərzində ölkədə daha 58 nəfər koronavirusdan ölüb və pandemiya qurbanlarıın ümumi sayı 3 952-yə çatıb.
Türkiyədə bu gün 33 332 test edilib və koronavirusa yoluxma faktı 1 639 nəfər artaraq 143 114 olub. Bu gün 2 826, ümumilikdə isə 101 715 xəstə koronavirusa qalib gəlib.
Daha çox