Rusiyada daha bir deputat koronavirusa yoluxdu
Rusiyada daha bir deputatda yeni növ koronavirus (COVİD-19) aşkarlanıb.
Sabah.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu, Dövlət Dumasının ailə, qadın və uşaq komitəsi sədrinin müavini, Vahid Rusiya Partiyasının üzvü Oksana Puşkinadır.
Bildirilib ki, onun vəziyyəti normaldır, hərarəti yoxdur.
Mənbədə qeyd olunub ki, bundan əvvəl Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Federal Məclisin aşağı palatasının nümayəndələri arasında ümumilikdə 5 deputatın infeksiyaya yoluxduğunu demişdi, lakin onların açıqlamışdı. Həmçinin bildirilib ki, Rusiyada 3 deputatın koronavirusa görə xəstəxanaya yerləşdirildiyi yazılmışdı. Onlar Kommunist Partiyasından olan deputatlar Leonid Kalaşnikov və Dmitri Novikov, həmçinin Vahid Rusiya Partiyasının üzvü Svetlana Maksimova.
Daha çox