Dünyada COVID-19 qurbanlarının sayı 283 mini keçdi
Dünyada bir gündə 82 mindən çox insanda yeni növ koronavirus aşkarlanıb.
Sabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) məlumat verilib.
Bildirilib ki, son sutka ərzində dünyada 82 591 nəfər COVID-19-a yoluxub, 4 261 xəstə ölüb. Beləliklə, dünyada koronavirusa yoluxanların sayı 4 088 888 olub, pandemiya qurbanları sayı isə 283 153 nəfərdir.
ÜST-dən verilən məlumata görə, 1 755 790 nəfərlə hazırda yoluxma hallarının əksəriyyəti hələ də Avropa qitəsindədir.
Daha çox