ABŞ-da məhkumlar əfv olunmaları üçün bir-birilərinə koronavirus yoluxdurdu - Video

DÜNYA
01:27
13 May 2020
111

Amerika Birləşmiş Ştatlarında (ABŞ) koronavirusla bağlı maraqlı hadisə yaşanıb.

Sabah.az “Ensonhaber”ə istinadən xəbər verir ki, Los-Anceles şəhərindəki “Pitches” həbsxanasında 21 məhkum həbsdən vaxtından tez azad edilmələri üçün bir-birilərinə koronavirus infeksiyası yoluxdurub.

Bildirilib ki, sözügedən həbsxanada COVİD-19 aşkarlanan məhkumların sayının həddən artıq arması səbəbindən araşdırmalar başlanılıb. Təhlükəsizlik kameralarını izləyərkən məlum olub ki, məhbuslar eyni tibbi maskanı burunlarına sürtərək iyləyirlər və eyni qabdan su içirlər.

“Məhkumlar arasında inam yaranıb ki, əgər koronavirus testləri müsbət çıxsa, məcbur olub onları sərbəst buraxacağıq. Amma belə bir şeyə əsla icazə vermərik”, - deyən Los-Anceles polisindən (Şerif) Aleks Villaneuva məhkumların bir-birilərinin və həbsxana çalışanlarının həyatını təhlükəyə atdığını bildirib.

Xəbər lenti