Moskvada COVİD-19-dan daha 53 ölüm
Rusiyanın paytaxtı Moskvada bu gün daha 53 nəfər yeni növ koronavirusun qurbanı olub.
Sabah.az xəbər verir ki, bu barədə koronavirusla bağlı vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, bununla da paytaxtda pandemiya qurbanlarının ümumi sayı 1 232 nəfərə çatıb.
Qeyd edəkki, Rusiyada 232 mindən çox şəxsdə koronavirus aşkarlanıb. Onlardan 43 mindən çoxu sağalıb, 2 mindən çox xəstə ölüb.
Daha çox