Türkiyədə koronavirusa yoluxanların 70 faizi sağaldı
Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 3 894 nəfərə çatıb.
Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca şəxsi “Twitter” hesabından bildirib.
Qeyd olunub ki, son sutka ərzində ölkədə daha 53 nəfər koronavirusdan ölüb və pandemiya qurbanlarıın ümumi sayı 3 894-ə çatıb.
Türkiyədə bu gün 37 351 test edilib və koronavirusa yoluxma faktı 1 704 nəfər artaraq 141 475 olub. Bu gün 3 109, ümumilikdə isə 98 889 xəstə koronavirusa qalib gəlib.
F.Koca əlavə edib ki, Türkiyədə koronavirusa yoluxanların 70 faizi sağalıb.
Daha çox