Rusiya koronavirusa yoluxanların sayına görə İspaniyanı keçdi

DÜNYA
11:45
12 May 2020
100

Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı daha 10 min 899 nəfər artıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat verib.

Bildirilib ki, yoluxma hallarının əksəriyyəti (5 392 nəfər) paytaxt Moskvada qeydə alınıb.

Son 24 saatda pandemiyadan ölənlərin sayı daha 107 nəfər artıb.

Rusiyada COVID-19-a yoluxanların ümumi sayı 232 min 243 nəfər, virusdan sağalanların sayı 43 min 512 nəfər, ölənlərin sayı isə 2 116 nəfərdir.

Qeyd edək ki, İspaniyada koronavirusa yoluxanların sayı 227 min 436 nəfərdir.

Xəbər lenti