Dünyada koronavirusa yoluxanların sayı 89 min artdı
Dünyada bir gündə 89 mindən çox insanda yeni növ koronavirus aşkarlanıb.
Sabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) məlumat verilib.
Bildirilib ki, son sutka ərzində dünyada 88 891 nəfər COVİD-19-a yoluxub, 4 531 xəstə ölüb. Beləliklə, dünyada koronavirusa yoluxanların sayı 4 006 257 olub, pandemiya qurbanları sayı isə 278 892 nəfərdir.
Qurumdan verilən məlumata görə, 1 731 606 nəfərlə hazırda yoluxma hallarının əksəriyyəti hələ də Avropa qitəsindədir.
Daha çox